Əlaqə Arxiv
news Image
2014.04.01
14:32
| A A A
Jurnalistlər iki gün pulsuz müayinə olunacaq

Bu gün Jurnalist Qadınlar Assosasiyası (AYQA) və "Xətai" klinikasının birgə layihəsi çərçivəsində "Qadın sağlamlığı Reablitasiya" mövzusunda beynəlxalq konfrans keçirilib. Movqe.az xəbər verir ki, Konfransı AYQA-nın prezidenti Sevil Yusifova açıb. S. Yusifova konfranssda iştirak edən Türkiyədən dəvət olunmuş həkimlər Dr. Mətin Yurdakoş,Dr. Serbülənt Orhanerə təşkilatçılar adından təşəkkürünü bildirib. O, bildirib ki, bu cür tədbirlər Azərbaycan Türkiyə qardaşlığının inkişafına xüsusi töhfə verən layihələrdir. Biz Azərbaycan türklərinin çox sevdiyi bir misal var "sağlam bədəndə sağlam ruh olar". Bu gün qardaş ölkədən bizim sağlamlığımızı düşünüb gələn həkimlərin də məqsədi insanımızın sağlam ruha sahib olması üçün sağlıq durumunun yaxşılaşmasına xidmət edir. Aprel ayının bu iki günü həkimlərimizin sayəsində jurnalistlər üçün, eyni zamanda Qarabağ əlilləri, şəhid ailələri üçün pulsuz müayinə aparacaqlar. Daha sonra S. Yusifova Azərbaycanda tibbin inkişafı və bu sahədə görülən işlərin təqdirə layiq olmasından söhbət açdı. Tədbir maraqlı diskusiyalarla davam etdirildi. Ginekoloq Sebülent Orhaner ginekoloji problemlər, sonsuzluq və süni mayalanma və qadınlarda xərçəng xəstəliyinin müalicəsi haqqında məlumat verərək sualları cavablandırıb. S. Yusifova sonda tədbirə qatılan hər kəsə minnətdarlığını bildirərək, səfər çərçivəsində həkimlərin fiziki qüsurlu uşaqların yaşadığı internat evlərinə baş çəkərək onlarla əməkdaşlıq etmək planlarının da olduğunu açıqlayıb.

     

 

Sizin Reklam Yeriniz