Əlaqə Arxiv
news Image
2014.04.01
14:38
| A A A
"Azərbaycanda hər 1000 tələbədən 20-i vərəm xəstəsidir"-ŞOK statistika
Azərbaycanda tələbələr arasında vərəmə yoluxma halları artıb. Bu barədə Movqe.az-a "Azərbaycan Demokrat Tələbə Gənclər Təşkilatı"nın sədr müavini Gülnarə Bağırova məlumat verib. G. Məmmədova bildirib ki, Bakı Tibb Kollecinə qəbul olan hər 1000 tələbədən 20-də vərəm xəstəliyi aşkarlanır: "Biz kollecə qəbul olan tələbələri dərhal rentgen aparatından keçiririk. Həmin tələbələrdən qan analizləri götürülərək müayinə olunur. Aparılan statistik təhlillər göstərir ki, kollecə qəbul olan hər 1000 tələbədən 20-də vərəm aşkarlanır. Dərhal həmin xəstələrin valideynləri bu barədə məlumatlandırılır, onların digər tələbələrlə kontaktda olmaması üçün müvəqqəti təcrid olunaraq müalicələrinə başlanılır: "Vərəm xəstəliyi aşkarlanan xəstə tələbələrin çoxu rayonlardan paytaxta təhsil almağa gələn gənclərdir. Paytaxtda yaşayan tələbələrdə belə xəstəliklərə az-az rast gəlinir".   
Sizin Reklam Yeriniz