Əlaqə Arxiv
news Image
2014.04.01
15:01
| A A A
Türk həkim: "Uşaqlıq boynu xərçənginə qarşı peyvənd kişilər arasında da aparılmalıdır"
"Dünyada qadınlar arasında uşaqlıq boynu xərçənginə qarşı peyvəndləmə işi aparılsa da bu tam effekt vermir. Hımçinin uşaqlıq boynu xərçənginə qarşı peyvənd təkçə kişilər arasında yox, həmçinin qadınlar arasında da aparılmalıdır. Çünki, əks halda effekt vermir".

Movqe.az xəbər verir ki, bu sözləri bu gün Jurnalist Qadınlar Assosasiyasının təşkilatçılığı ilə  (AYQA) "Qadın sağlamlığı Reablitasiya"   mövzusunda keçirilən beynəlxalq konfransda Dr. Serbülənt Orhaner səsləndirib. S. Orhaner bildirib ki, bu peyvənd  uşaqlıq boynu xərçənginin qarşısını qismən alsa da, xərçəngdən xilas olmaq üçün 100 faiz zəmanət vermir: " Həmçinin qadınlarla yanaşı kişilər də bu xəstəliyə qarşı peyvənd olunmalıdırlar. Çünki uşaqlıq boynu xərçənginin yaramasına səbəb olan viruslar qadına kişiyə keçməklə yanaşı digər qadınlara ya yoluxdurula bilər". Həmçinin həkim dünyada uşaqlıq boynu xərçənginə qarşı peyvəndin bütün qadınlar üçün əlçatan qiymətə olmamasının bu xəstəlikdən xilas yolu olmadığını və ancaq peyvənd stehsal edən şirkətə pul qazandırdığını bildirib. Türk həkim qeyd edib ki, bu peyvənd eyni zamanda uşaqlıq boynu xərçənginin bəzi növləri üçün fayda verə bilər.

Sizin Reklam Yeriniz