Əlaqə Arxiv
news Image
2012.06.19
15:18
| A A A
Əhalinin yarıdan çoxu təhlükəli seysmik aktiv zonada yaşayır
Azərbaycanın fövqəladə hallar naziri sel təhlükəsindən danışdı

Azərbaycan əhalisinin 4,5 milyondan çoxu həmin ərazilərdə yaşayır. Seysmoloqların son araşdırmalarına görə, Azərbaycan ərazisinin 60 faizə qədərini fövqəladə təhlükəli 8-9 ballıq intensivlik ilə səciyyələnən seysmik zonalar təşkil edir. Bunu Ombudsmanların V beynəlxalq konfransında çıxışı zamanı Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

Onun sözlərinə görə, Azərbaycan əhalisinin 4,5 milyondan çoxu həmin ərazilərdə yaşayır. Nazir qeyd edib ki, Azərbaycanda son güclü zəlzələ Zaqatalada 7 bal gücündə olub. "Həmin zəlzələnin rayonun infrastruktur lahiyələrinə xeyli ziyan vurmasına baxmayaraq, xöşbəxtlikdən, insan tələfatı olmayıb. Fəlakətdən dərhal sonra FHN-nin xilasetmə dəstələri həmin ərazidə fəaliyyətə cəlb olunublar", - Heydərov deyib.

Nazir qeyd edib ki, çaylardakı vəziyyət idarə olunur, sel təhlükəsi yoxdur.  "Artıq Neftçala, Salyan, Sabirabadda bizim bazaların tikintisi başa çatıb. Gətirilən 3 dibdərinləşdirici və sahil bərkidən gəmilər öz işlərini görürlər", - nazir deyib.

Onun sözlərinə görə, sel təhlükəsi olsa belə, bu, daşqınlara, kəndlərin su basmasına gətirib çıxarmayacaq.

Nazir bildirib ki, zəlzələ bölgəsindəki bütün evlərin və sosial obyektlərin 85 faizinin təhlili aparılıb. 15 faizinin də təhlili bir neçə günə başa çatacaq. Nazir bildirib ki, təqribən 21 min ev və sosial obyekt təhlil olunub. Bunlardan 2944 ev qəzalıdır. Bu evlər yenidən tikiləcək. 3500-dən artıq ev təmir və bərpa statusuna düşür, onların da içində  qəzalı statusu alacaq evlər olacaq. 25 orta məktəb söküləcək. Onlardan bir çoxu artıq inşa olunur. Yeni təhsil ilinə həmin məktəblərin hamısı tikilib təhvil veriləcək. Bəzi evlər sentyabra qədər, bəziləri soyuqlar düşənə qədər tikilib təhvil veriləcək.

Onun sözlərinə görə, yeni tikilmiş binaların heç biri nəzarətsiz tikilmir, ekspertizadan keçir və lisenziyası olan şirkətlər tərəfindən tikilir.

O bildirib ki, bu sahədə qayda-qanun, demək olar ki, yaranıb.

Nazir əhaliyə xitabən bildirib ki, qanunsuz tikilən evlər əvvəllər qanunlarda boşluq olduğu, nəzarətin zəif olduğu dövrə təsadüf edir. "İndinin özündə də o formada tikilən evlərlə bağlı dövlət tərəfindən komissiyalar təşkil olunub. Elə adam var ki, binanı tikib, amma özü burada yoxdur. Onu dövlət qəbul etməlidir. Qəbul etmək üçün təhlil aparılmalıdır və biz bunu edirik, heç kim narahat olmasın", - Heydərov deyib.

Sizin Reklam Yeriniz