Əlaqə Arxiv
news Image
2014.04.01
18:17
| A A A
Dövlət qulluğunda işləmək istəyənlərin nəzərinə

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə elan edir.  Komissiyadan Movqe.az-a verilən məlumata görə, 18 dövlət orqanında inzibati vəzifələrin beçinci-yeddinci təsnifatlarına uyğun olan 442 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) keçirilir. müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 414-ü mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 28-i isə məhkəmə orqanlarının aparatındadır.Mərkəzi icra hakimiyyəti orqanlarından - Dövlət Sosial Müdafiə Fondu üzrə 250 vakant vəzifə və Dövlət Statistika Komitəsi üzrə 68 vakant vəzifə müsabiqəyə çıxarılıb. Qeyd edilən 2 dövlət orqanındakı vakant vəzifələr (318 vəzifə) ümumilikdə müsabiqəyə çıxarılan vakant vəzifələrin 71,95%-ni təşkil edir.Müsabiqənin test imtahanı zamanı namizədlərin dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi bilikləri, Azərbaycan dili, qanunvericilik, informasiya texnologiyaları, məntiqi düşünmə qabiliyyəti sahəsi üzrə bilikləri yoxlanılacaq. Müsabiqədə iştirak etmək arzusunda olan vətəndaşlar aprelin 30-dək müraciət etməlidirlər.

Sizin Reklam Yeriniz