Əlaqə Arxiv
news Image
2014.04.01
19:07
| A A A
Azərbaycanda mövcud narkotik vəziyyəti əks etdirən hesabat BMT komissiyasına təqdim edilib

Vyanada BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının (NVK) növbəti 57-ci sessiyası keçirilib. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından movqe.aza verilən məlumata görə, sessiyada BMT Baş Assambleyasında 2009-cu ildə qəbul edilən "Qlobal narkotiklər probleminə qarşı mübarizədə birləşmiş və balanslı strategiyaya doğru Beynəlxalq Əməkdaşlığa dair Siyasi Bəyannamə və Fəaliyyət Planı" adlı sənədin BMT-yə üzv olan dövlətlər tərəfindən icrasının vəziyyəti nəzərdən keçirilib. Azərbaycanda mövcud narkotik vəziyyəti əks etdirən hesabat sessiyanın katibliyinə təqdim olunub. Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Məzahir Əliyev iştirak edib.

Sizin Reklam Yeriniz