Əlaqə Arxiv
news Image
2014.04.02
11:24
| A A A
Azərbaycanda benzinin qiyməti ucuzlaşdı

Azərbaycanda yanacaqdoldurma məntəqələrində (YDM) Aİ-98 markalı benzinin qiyməti 1,5 manatdan 1,03 manatadək azalıb. Bu barədə çərşənbə günü Trend-ə ölkədə ən iri YDM operatorları olan ARDNŞ və "Azpetrol" şirkətlərindən bildirilib. Digər benzin markalarının qiymətləri dəyişməz qalır. Qeyd edək ki, AI-98 markalı benzin Azərbaycanda istehsal olunmur, xaricdən idxal edilir. Xatırladaq ki, Azərbaycanda istehsal olunan neft məhsullarının qiymətləri Tarif Şurası tərəfindən müəyyən edilir. Tarif Şurasının qərarı ilə 2013-cü il dekabrın 3-dən benzinin pərakəndə qiyməti artıb. Hazırda Aİ-95 benzininin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti isə 1 litr üçün 70 qəpik müəyyən edilib. Buna qədər isə 1 litr Aİ-95 markalı benzinin qiyməti 60 qəpik, Aİ-92 markalı benzininin qiyməti isə 55 qəpik təşkil edirdi. Azərbaycanda buna qədər yanacağın qiymətləri 2007-ci ildə dəyişmişdi.

Sizin Reklam Yeriniz