Əlaqə Arxiv
news Image
2014.04.02
12:05
| A A A
Zəlzələ olub

Cənubi Amerika ölkələrindən olan Çilidə 8,2 bal böyüklüyündə zəlzələ meydana gəlib. Zəlzələnin ardınca yüksəkliyi 2 metri aşan dalğalar ölkə sahillərini basıb. On minlərlə insan evlərini tərk edib , ən az beş nəfər ölüb .

Movqe.Az xəbər verir ki, Amerika Geoloji Araşdırma Mərkəzi , yerli saat ilə 18.46 -da meydana gələn zəlzələnin mərkəzi əsasının ölkənin şimalındakı Iquique şəhəri sahillərində olduğunu açıqlayıb.



Dəniz yatağının yalnız 10 kilometr dərinliyində meydana gəlməsi səbəbiylə , zəlzələnin daha da şiddətli olduğu deyilib. 


Peru və Bolivyada da hiss olunan zəlzələdən sonra , Orta və Cənubi Amerika ölkələrinin hamısının Sakit okean sahillərində sunami həyəcanı verilib. Çili rəhbərliyi , sahil bölgələrinin boşaldılması təlimatını verib.

Çilidə fövqəladə halın Bakı vaxtilə 12.00-a qədər davam edəcəyi açıqlanıb.



Sizin Reklam Yeriniz