Əlaqə Arxiv
news Image
2014.04.02
14:40
| A A A
Azərbaycana 2 400 000 nəfərə yaxın turist gəlib

Azərbaycana ötən il ərzində 2 400 000 nəfərə yaxın turist gəlib. Bunu nazirliyin Turizm şöbəsinin müdiri Aydın İsmiyev Trend Beynəlxalq İnformasiya Agentiliyinin Mətbuat Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər və 8-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar sərgilərinin açılışı münasibətilə keçirilən mətbuat konfransında deyib. A.İsmiyev qeyd edib ki, ötən il ərzində Azərbaycana 2 508 000 nəfər xarici ölkə vətəndaşı olub. Həmin şəxslərin arasında Azərbaycanda təhsil alan və işləyən xarici ölkə vətəndaşlarının da olması nəzərə alınsa, onda ölkəyə gələn turistlərin sayının 2 400 000 da olub. Nazirliyin şöbə müdiri qeyd edib ki, Azərbaycana gələn turistlər bir həftə ərzində 700-800 dollar pul xərcləyirlər. Onlar bu vəsaiti daha çox  mehmenxanalarda yerləşdirilmələrinə, yeməyə, ekskursiyalara və s. sərf edirlər: "Azərbaycanda son 2-3 il ərzində 3-4 ulduzlu hotellərin sayı artıb. Onlarda yerləşdirmənin qiyməti bir gün üçün 60-80 manatdır". A.Ismiyev qeyd edib ki, Azərbaycana gələn turistlər ölkənin bütün regionlarına maraq göstərirlər. Onlar Azərbaycanın Şəki, Qusar, Şamaxı, lerik, Lənkəran rayonlarına səfərlər edirlər.

Sizin Reklam Yeriniz