Əlaqə Arxiv
news Image
2014.04.02
18:32
| A A A
Müharibə Suriyalı uşaqları yetim qoydu

Ölkələrindəki daxili döyüşdən qaçaraq Reyhanlı mahalına sığınan uşaqlar , həyatını itirən atalarının fotoşəkiliylə təsəlli tapmağa çalışır.


İdlib şəhərindən qaçan 5 qardaş , Reyhanlı mahalındakı qohumlarının yanına yerləşib. Atalarını müharibədə itirən , analarını Suriyada qoymaq məcburiyyətində qalan qardaşlar , tək otaqlı evdə qohumlarıyla həyatlarını davam etdirir.


Qardaşların bacısı 13 yaşlı Sevvin Hanmat , döyüşdə itirdikləri atalarının fotoşəkiliylə həsrətlərini aradan qaldırmağa çalışdıqlarını bildirərək, "Döyüş , atamızı aldı. Kimə, nə etdik ki, bu ağrını yaşayırıq? Anam Suriyadan hələ dönə bilməyib , atam isə hücumlarda həlak olub. Beş qardaşıma həm analıq həm atalıq edirəm. Atam üçün çox darıxdım , qardaşlarım darıxır. Burada həyat şərtləri çətindir " deyib.


Məryəm Hanmatda Suriyalı yetimlər üçün dua etdiyini deyib , " Atamızın çox darıxırıq. Onun üçün dua etməkdən başqa əlimizdən heç nə gəlmir " deyə söyləyib.


Hamadan 6 uşağı ilə Reyhanlıya gələn 34 yaşlı Radiyə Zəkəriyyə isə yoldaşının , Suriyadakı qarşıdurmalarda həlak olduğunu qeyd edib , " Uşaqlarımın can təhlükəsizliyi üçün bura gəldim. Dolanışıq çətinliyi , uşaqlarımın ata həsrəti belimizi bükür " .


Üç qardaşı ilə mahala sığınan 9 yaşlı Aden Yıldev də "Atamı itirməyin ağrısını ürəyimdə yaşayıram. Onun üçün hər zaman dua edəcəyəm" deyə söyləyib.

Sizin Reklam Yeriniz