Əlaqə Arxiv
news Image
2014.04.02
18:55
| A A A
Amerikalı həmsədr Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək

Bu barədə amerikalı həmsədr "Twitter" səhifəsində yazıb

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik aprelin 4-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək. Bu barədə Ceyms Uorlik "Twitter" səhifəsində yazıb.


Amerikalı həmsədr ATƏT-lə məsləhətləşmələr üçün bu gün Vyanaya gedəcəyini qeyd edib.


"Bu gün ATƏT-də keçiriləcək müzakirələrdə iştirak etmək üçün Vyanaya yola düşürəm. Daha sonra Moskvaya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə cümə günü keçiriləcək görüşə gedəcəm", - deyə Uorlik bildirib.


Xatırladaq ki, aprelin 4-də Moskvada MDB Xarici İşlər Nazirlərinin iclası keçiriləcək

Sizin Reklam Yeriniz