Əlaqə Arxiv
news Image
2014.04.02
20:25
| A A A
Ukrayna kanalları “Azərspace-1” peyki vasitəsilə yayımlanacaq

Azərbaycanın peyk operatoru "Azərkosmos" ASC və Ukraynanın "Ukrkosmos" şirkəti arasında bir sıra Ukrayna televiziya kanallarının "Azərspace-1" peyki vasitəsilə Avropa və Mərkəzi Asiya regionlarında, eləcə də Yaxın Şərqin bir neçə ölkəsində yayımına dair saziş bağlanıb.


Movqe.az-ın Rabitə və Yüksək Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, "UTR", "Kultura", "Lvov TV", "KDRTK" və "ÇP INFO" kimi TV kanallarının daxil olduğu paket MPEG-2 standartında yayımlanacaq.

 

Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos" ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir.

 

Qeyd edək ki, ötən ilin fevral ayında orbitə buraxılmış və "Azərkosmos" tərəfindən idarə edilən "Azərspace-1" peyki 46 dərəcə Şərq uzunluğu orbital mövqeyində yerləşir  və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.

Sizin Reklam Yeriniz