Əlaqə Arxiv
news Image
2014.04.03
11:14
| A A A
Sürücülərin cərimələri ödəməsi asanlaşacaq

Azərbaycanda sürücülərin yol cərimələrinin ödənilməsinin asanlaşdırılması üçün əlavə tədbirlər görüləcək."Komtec" şirkətindən Trend-ə bildiriblər ki, bu ilin ortalarında Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə cərimələri MilliÖn ödəniş terminalları vasitəsilə ödəmək mümkün olacaq.Şirkətdən deyiblər ki, kommersiya tərkibli razılaşma artıq əldə olunub və hazırda layihənin texniki aspektlərinin həlli üzrə işlər aparılır.MilliÖN ödəniş terminallarında, həmçinin bank kartlarından istifadə mümkün olacaq ki, bu da xidmətə görə ödəniş etmək üçün pulları avtomatik köçürməyə imkan yaradacaq.

Sizin Reklam Yeriniz