Əlaqə Arxiv
news Image
2014.04.03
11:25
| A A A
Dəmir yolunda yanğın baş verib, 4 vaqon, yüzdən çox soyuducu yanıb

Bakı-Qazax yolunda, Hacıqabul rayonu və Ələt qəsəbəsi arasında dəmir yolunda yanğın baş verib.


APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın səhər saat 5 radələrində soyuducularla yüklənmiş vaqonlarda yaranıb.

 

Hadisə yerinə gələn yanğınsöndürənlər saat 9 radələrində alovun qarşısını alıblar. 4 vaqonun, yüzdən çox soyuducunun yandığı bildirilir.

 

Yanmış vaqonlar ərazidən aparılıb. Dəmir yolu xəttində müvəqqəti olaraq qatarların hərəkəti dayandırılıb. Hazırda yolun bərpası aparılır.


Sizin Reklam Yeriniz