Əlaqə Arxiv
news Image
2014.04.03
11:30
| A A A
Xəzər TV Ramil Usubova müraciət etdi
Xəzər televiziyası Daxili işlər naziri, general polkovnik Ramil Usubova müraciət edib. 

Movqe.az xəbər verir ki, televiziya bildirib ki, Azərbaycan dövlətçiliyinə və Xəzər televiziyasına qarşı təxribat olub. Belə ki, mart ayının 29-da  Xəzər Xəbərdə efirə gedən  Böyük şor gölünün ekoloji bərpası ilə bağlı süjetin subtitrını öz mənəviyyatlarına uyğun olaraq təhrif edən şəxslər ötən gün bununla bağlı televiziyanın xəbərdarlığına məhəl qoymayaraq bu təxribatdan əl çəkməyiblər. Xəzər televiziyası Azərbaycan Respublikasının qanunları çərçivəsində təxribatçıların cəzalandırılması üçün bütün hüquqi imkanlardan istifadə edəcəyini bir daha bəyan edir. Qeyd edək ki, təxribatçılar sözügedən videonun subtitirinə əxlaqsız sözlər əlavə edərək sosial şəbəkələrdə yayıblar.

Sizin Reklam Yeriniz