Əlaqə Arxiv
news Image
2014.04.03
12:46
| A A A
8.2 ballıq zəlzələdə 6 qurban

Çiliidə ötən axşam baş verən  8.2 ballıq zəlzələdə  yalnız 6 nəfər həlak olub. Minlərlə insan sunami riski ucbatından evakuasiya edilib. 2 dəqiqə davam edən sarsıntıdan sonra xalq çaxnaşma içində küçələrə axın edib. 


Movqe.Az xəbər verir ki, Cənubi Amerika ölkələrindən Çili dünən 8.2 ballıq bir zəlzələ ilə sarsılıb. Ölkənin şimalında yaranan zəlzələ Latın Amerikasının böyük bir hissəsini əhatə edən sunami həyəcanı verilməsinə səbəb olub. Zəlzələdə 6 nəfər dünyasını dəyişib, 13 nəfər isə yaralanıb. 45 dəqiqə sonra Çili sahillərini vuran və 2 metri keçən dalğalar isə ilkin təyin etmələrə görə can itkisinə səbəb olmayıb. Zəlzələnin mərkəzi əsasının, Iquique şəhərinin 99 kilometr şimal-qərbində və yerin 10 kilometr altında olduğu təyin olunub.

Sizin Reklam Yeriniz