Əlaqə Arxiv
news Image
2014.04.03
13:47
| A A A
UNESCO: Azərbaycan qəbul imtahanları ilə bağlı MDB-nin qaranlıq fonunda yeganə istisnadır

"Qəbul Komissiyası tərəfindən həyata keçirilən nəzarət ali məktəblərə qəbul imtahanlarının keçirilməsi və qiymətləndirilməsi zamanı şəffaflığın təmin olunmasına imkan yaradıb"

Bir neçə il əvvəl UNESCO tərəfindən dünyada təhsil sistemində korrupsiyanın miqyasına dair hazırlanmış hesabatın əsas müddəaları nəşr olunub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, qeyd olunan hesabat kitab halında rus dilində nəşr olunaraq yayılıb. Hesabat təhsilin planlaşdırılması üzrə beynəlxalq institut tərəfindən 60 ölkədə vəziyyətin təhlil olunması nəticəsində hazırlanıb.

 

Hesabatda qeyd olunub ki, korrupsiya bütün dünyanın təhsil sistemlərinə ciddi zərər vurur. Müəyyən olunub ki, ali məktəblərə qəbul zamanı qeyri-qanuni hallar, imtahanlar zamanı rüşvət alınması, vəsaitlərin mənimsənməsi, sənədlərin saxtalaşdırılması və təhsil sistemindəki digər pozuntular inkişaf etməkdə olan ölkələrlə yanaşı, inkişaf etmiş ölkələrdə də yayılıb. Sadəcə olaraq, daha yoxsul ölkələrdə sui-istifadə halları daha kəskin xarakter daşıyır. Lakin müəlliflərin fikrincə, keçmiş SSRİ ərazisində təhsil sistemində korrupsiya xüsusilə güclüdür.

 

UNESCO ekspertləri Azərbaycanı MDB-nin bu qaranlıq fonunda yeganə istisna hesab edirlər. Onlar qeyd edir ki, bu ölkədə "informasiya texnologiyalarının tətbiqi və Qəbul Komissiyası tərəfindən həyata keçirilən nəzarət ali məktəblərə qəbul imtahanlarının keçirilməsi və qiymətləndirilməsi zamanı şəffaflığın təmin olunmasına imkan yaradıb".


Sizin Reklam Yeriniz