Əlaqə Arxiv
news Image
2014.04.03
15:31
| A A A
Vüqar Əhmədin doğum günüdü

Vüqar Əhməd - filologoya elmləri doktoru, professor, şair, ədəbiyyatşünas, musiqi tədqiqatçısı, Dünya Azərbaycanlıları Konqresinin sədr müavini, Azərbaycan Yazıçılar, Jurnalistlər, Dərbənd Yazarlar Birliyi, Nyu-York EA-nın, AMEA-nın ədəbiyyatşünaslıq üzrə ixtisaslaşdırılmış müdafiə şurasının üzvü, AMEA-nın baş elmi işçisi, "Qızıl qələm", "Abdulla Şaiq", "Məmməd Araz", "Simurq", iki dəfə "Zirvə" mükafatçısı, AHİKF-nın (2 dəfə) və AMEA-nın "Fəxri fərman"ları və təltifinin sahibidir.

Bundan başqa Vüqar Əhməd bir yaradıcı insan kimi yaddaşlarda özünün 500 mahnısı, 30 elmi monoqrafiyası, üç romanı, 10 şeir kitabı, yüzlərlə teleradio verilişlərinin müəllifi kimi qalıbdır.

Biz – Carçı.az saytının kollektivi gözəl insan, iti zəka sahibi, ziyalı olan Vüqar Əhmədin tezliklə bu yüksələn zirvədə layiqli yerini tutmasını arzulayırıq. Milyonlarla güneyli, qüzeyli oxucuların məhəbbətini qazanmış Vüqar Əhmədin tez bir zamanda fəxri ada layiq görülməsini diləyirik. 

Sizin Reklam Yeriniz