Əlaqə Arxiv
news Image
2014.04.03
17:59
| A A A
Rusiyada kriminal avtoriteti qətlə yetirməkdə şübhəli bilinən 42 yaşlı azərbaycanlı həbs olunub

Sankt-Peterbuqrda kriminal avtoriteti qətlə yetirməkdə şübhəli bilinən 42 yaşlı azərbaycanlı həbs olunub.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, "Albert Rıjıy" ləqəbli sankt-peterburqlu kriminal avtoritet Əli Heydərovun qətlində şübhəli bilinərək axtarışa verilən İlham Hacıyev dünən gecə paytaxt polisinin keçirdiyi əməliyyat nəticəsində yaşadığı mənzildə saxlanılıb.

 

Əməliyyat zamanı kriminal aləmdə "Hamlet" adı ilə tanınan İlham Hacıyevin yaralandığı məlum olub. O, mənzilinin eyvanından qaçmaq istəyərkən polis əməkdaşlarına müqavimət göstərib. Bu zaman polis əməkdaşları travmatik silahdan İ.Hacıyevə atəş açıblar.

 

Qeyd edək ki, Ə.Heydərov martın 18-də Sankt-Peterburqda qətlə yetirilib. Bu qətl kriminal aləmdə "qanuni oğru"lar arasında 2010-cu ildə başlanan savaşın davamı sayılır. Ə.Heydərovun qətlini məşhur kriminal avtoritet, 2013-cü ilin 16 yanvarında qətlə yetirilən Ded Xasana yaxınlığı ilə əlaqələndirirlər. "Albert Rıjıy" ləqəbli Ə.Heydərov Şimal-Qərbi Rusiyada Ded Xasanın maraqlarını müdafiə edirmiş. Bu səbəbdən onun Ded Xasanın düşmənləri ilə konflikt yaşadığı bildirilir.

 

Ə.Heydərovun qətlində şübhəli bilinən İ.Hacıyevin isə hazırda Türkiyədə gizlənən qanuni oğru Namiq Səlifov və onun qardaşı, uzun müddətdir Azərbaycanda həbsdə saxlanılan "qanuni oğru" Nadir Səlifovun qohumu olduğu bildirilir.

Sizin Reklam Yeriniz