Əlaqə Arxiv
news Image
2014.04.04
12:14
| A A A
Paytaxtda 65 qutu köhnə dərman satışı aşkarlandı

Ötən il ərzində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin İqtisadi İnkişaf Nazirliyinin nümayəndələrinin iştirakı ilə ölkə üzrə 310 aptekdə yoxlamalar aparılıb. Səhiyyə Nazirliyindən Movqe.az-a verilən xəbərə görə, yoxlamalar zamanı xüsusi razılıq sənədi (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olan 5 aptek aşkarlanıb və fəaliyyəti dayandırılıb. Bundan əlavə, 11 əczaxanada reseptlə buraxılması zəruri olan preparatların reseptsiz buraxılması və yetkinlik yaşına çatmayanlara dərmanların satılması faktları Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri tərəfindən qeydə alınıb. Həmin apteklərə cərimə protokolları yazılıb. Həmçinin keçirilən reydlər nəticəsində 8601 qutu Azərbaycanda dövlət qeydiyyatına alınmayan və yararlıq haqqında analiz protokolları olmayan, 65 qutu isə istifadə müddəti bitmiş dərman aşkarlanaraq müsadirə edilib.

Sizin Reklam Yeriniz