Əlaqə Arxiv
news Image
2014.04.04
13:27
| A A A
Etibar Hüseynov səhfinə görə üzr istədi

Movqe.az xəbər verir ki, parlamentin 4 aprel iclasında söz alan deputat Etibar Hüseynov son günlər sosial mediada ona hücumların olduğunu deyib. O qeyd edib ki, televiziyaların birindəki 3 dəqiqəlik çıxışı kontekstdən çıxarılıb: "Mənim barəmdə eyni adam və eyni ünvandan məlumatlar yayılır, insanlarda mənfi emosiya, qıcıq yaradan başlıqlar qoyurlar. İki gündür heç bir televiziyaya və qəzetə açıqlama vermirəm. Amma gün ərzində bəlkə də 10 dəfə mənim dilimdən insanları qıcıqlandıran açıqlamalar yayılır. Guya deyirəm ki, qarabağlılar gedib torpaqlarını azad etsinlər, gedib Suriyada vuruşmağı öyrənsinlər. Bunların hamısı bir mərkəzdən idarə olunan qara kampaniyadır.Səmimi şəkildə bəyan edirəm ki, televiziyadakı çıxışım zamanı heç kimi təhqir etmək fikrim olmayıb. Gərək həmin məsələ ilə bağlı daha ətraflı danışardım ki, insanlar arasında belə çaşqınlıq olmasın. Əgər kiminsə heysiyyətinə toxunan ifadə işlətmişəmsə, həmin insanlardan üzr istəyirəm. Səhvini anlayıb üzr istəmək böyüklük əlamətidir". 

Spiker Oqtay Əsədov da məsələyə münasibətini bildirib. Parlament sədrinin sözlərinə görə, dünən o və Milli Məclisin intizam komissiyasının sədri Etibar Hüseynovla ciddi söhbət aparıb: "Çox ciddi tənqid olundu. Bacardığı qədər, qabiliyyəti çatdığı qədər üzr istədi. Millət vəkillərindən xahiş edirəm ki, bu məsələni xırdalamayaq".

Sonra spiker üzünü Etibar Hüseynova tutaraq deyib: "Əslində, yaxşı ki ətraflı danışmamısan. Bu vəziyyətdən sonra nə qədər az danışsan, daha yaxşıdır".



Sizin Reklam Yeriniz