Əlaqə Arxiv
news Image
2014.04.04
18:20
| A A A
Millət vəkili: "Bu cür şeytani cərəyanlara meyl edənlər arasında zorakılıq halları daha çox hiss olunur"
Azərbaycanda yeniyetmə və gəncləri skinhedlərin, eləcə də müxtəlif satanist qrupların üzvləri sırasına qatmaq istəyən cərəyanlar var. Bu sözləri Movqe.az-a açıqlamasında millət vəkili Zahid Oruc söyləyib. Z. Oruc hələki Azərbaycanda bu cür qruplara qoşulanların sayının təhlükəli həddə olmadığını söyləsə də, maarifləndirmə işlərinin aparılmasının da zəruri olduğunu söyləyib: "Bəzi gənclər skinhedləri, satanistləri, emo-ları özlərinə kumir kimi seçir onların üslubunda geyinir saç düzümü edir. Amma yeniyetmə və gəncləri Azərbaycanda da bu cür qruplara cəlb edilməsi halları var. Bu təhlükəli həddə olmasa da meyil hiss olunur. Amma cəmiyyət belə hallara qarşı ən düzgün sərhıddir. Bununla belə  skinhedlərin və bu cür cərəyanların öz sıralarına cəlb etdiyi gənc və yeniyetmələr arasında zorakılıq hallarına da rast gəlinir. Bu cür şeytani  cərəyanlara meyl edənlər arasında zorakılıq halları daha çox hiss olunur".
Sizin Reklam Yeriniz