Əlaqə Arxiv
news Image
2014.04.04
18:53
| A A A
“Lotu Quli”yə əşya keçirmək istəyən vəkil tutuldu

Azərbaycanda vəkilin cəzaçəkmə müəssisəsinə qadağan olunmuş vasitə keçirməsinin qarşısı alınıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən movqe.az-a verilən məlumata görə, 8 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 182.3.1; 182.3.2; 29.149.2.1; 29.149.2.4; 29.149.2.5; 317-2.1 və 67 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilən məhkum Nadir Nəriman oğlu Səlifovla görüşə gəlmiş vəkili Kamandar Rəfi oğlu Nəsibovun üzərinə baxış keçirilən zaman üzərində gizlədilmiş, daxilində "Azercell" danışıq kartı olan 1 ədəd "Huawei" markalı modem aparatı aşkar edilərək götürülüb.


Fakt üzrə araşdırma aparılır.


Qeyd edək ki, Nadir Sələfov "Loti Quli" adı ilə tanınan kriminal avtoritetdir. Nadir Səlifov 2006-cı ildə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Sizin Reklam Yeriniz