Əlaqə Arxiv
news Image
2014.04.05
10:18
| A A A
“Youtube” yenidən bağlandı
Türkiyə hökumətinin "Youtube"a qoyduğu qadağa davam edəcək.

Movqe.az ans prss-ə istinadən  xəbər verir ki, Türkiyənin Gölbaşı Sülh Cəza Məhkəməsi "Youtube" video axtarış saytında cinayət tərkibli videoların silinmədiyini əsas göstərərək, sayta girişə qadağa qoyulmasına qərar verib.

Gölbaşı Sülh Cəza Məhkəməsi 2014-cü il martın 27-i tarixli qərarı ilə "Youtube" saytında bağlanması istənilən linklərin göstərilən müddət içərisində yerinə yetirilməyəcəyi halda, sayta girişin qarşısını almaq qərarı vermişdi.

Türkiyə Vəkillər Kollegiyasının bu qərara etirazından sonra məhkəmə 27 Mart 2014-cü il tarixli qərarındakı "bütün yayıma mane olmaq" qərarını ləğv etmiş, lakin 15 linklə əlaqədar yayım qadağasının davam edəcəyini bildirmişdi.

Gölbaşı Respublika Prokurorluğu cinayət tərkibli videoların silinməməsi səbəbiylə qərara etiraz edib.

Etirazı qiymətləndirən Gölbaşı Sülh Cəza Məhkəməsi sözügedən linklərə dair qərarı yenidən gündəmə gətirərək, həmin cinayət tərkibli videoların silinməyəcəyi halda saytın girişinə qoyulan məhdudiyyəti davam edəcəyinə qərar verib.
Sizin Reklam Yeriniz