Əlaqə Arxiv
news Image
2014.04.06
12:02
| A A A
Çində zəlzələ: 21 nəfər xəsarət aldı
Çinin Yunan əyalətində Rixter cədvəli ilə 5,4 bal gücündə zəlzələ baş verib. Movqe.az ans press-ə istinadən xəbər verir ki , Çin televiziyası zəlzələ nəticəsində azı 21 nəfər xəsarət aldığını, 20 mindən çox insanın qəzalı vəziyyətə düşmüş evlərdən köçürüldüyünü bildirib. 

Zəlzələnin baş verdiyi an təhlükəsizlik kameralarına həkk olunub. 

Dağlıq ərazidə yerləşən Yunşan rayonunda evlərin uçduğu, yolların sıradan çıxdığı, yer sürüşməsinin baş verdiyi bildirilir. Xüsusi komissiyanın ilkin hesablamalara görə, Yunşan şəhərində 2700 tikiliyə ciddi zərər dəyib, onlardan 75-i tamamilə uçub. Nəqliyyatın hərəkəti, elektrik enerjisinin verilişi artıq bərpa olunub.
Sizin Reklam Yeriniz