Əlaqə Arxiv
news Image
2014.04.06
13:00
| A A A
Əfqanıstanda dünən keçirilən prezident seçkilərinin nəticələri 1,5 aydan məlum olacaq
Əfqanıstanda keçirilən prezident seçkilərinin nəticələri 6 həftə sonra məlum olacaq.Movqe.az ans press-ə istinadən xəbər verir ki, ölkənin əlverişsiz coğrafi mövqedə yerləşməsinə buna əsas səbəb kimi göstərilir. Rəsmilər isə, artıq səslərin sayılması prosesinə başlayıblar.

Seçki Komissiyasının sədri Əhməd Yusif Nuristani səsvermə prosesi ilə bağlı mətbuat konfransında çıxışı zamanı ilk dəfə əfqan xalqının seçkilərə bu qədər maraq göstərdiyini bildirib. Onun sözlərinə görə, 2009-cu il prezident seçkiləri ilə müqayisədə bu il seçici sayında 48 faiz artım olub.

"Seçkilərdə ölkənin müxtəlif məntəqələrində 7 milyondan artıq insan iştirak edib. Bu rəqəm hələlik ilkin hesablamara əsaslanır. Yekun nəticələri isə, səslər sayıldıqdan sonra açıqlayacağıq. Bu dəfəki seçki Əfqansıtanın düşmənlərinə qarşı bir ismarıc oldu. Əfqan xalqı qətiyyət göstərərək öz səsini duyurmağı bacardı".

Əhalinin Taliban qüvvələrinin hədələrinə baxmayaraq, bu qədər seçici sayı ilə prosesə qatılması qərb tərəfindən də alqışlanıb.

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama əfqan xalqını ilk dəfə demokratik seçkilər keçirməsi münasibəti ilə təbrik edib. Obamanın bəyanatında belə qeyd olunur: "Əfqan xalqının, təhlükəsizlik qüvvələrinin və seçki rəsmilərinin fəaliyyəti tərifə layiqdir. Bu seçkilər Əfqanıstanın demokratik gələcəyi və beynəlxalq dəstəyi üçün vacib əhəmiyyət kəs edir". 

Ölkənin sabiq prezidenti Həmid Kərzai seçkilərlə bağlı münasibətində əfqan xalqının dünyaya demokratiya nümayiş etdirdiyini deyib.
Sizin Reklam Yeriniz