Əlaqə Arxiv
news Image
2014.04.06
19:03
| A A A
9 aylıq oğlan uşağı qətldə günahlandırılır (VİDEO)
Pakistanda 9 aylıq Məhəmməd Musa məhkəməsi olub. Movqe.az ans press-ə istinadən xəbər verir ki, məhkəmə qarşısına çıxarılan oğlan uşağı qətl cəhdində, polisi təhdid etməkdə və hakimiyyət nümayəndəsinə qarşı müqavimətdə ittiham olunur.

Məhəmməd Musa sənədlərdə 9 aylıq göstərilsə də, əslində onun bir qədər böyük, yəni ən azından yaşyarım olduğu görünür. Bu balaca uşaq Xan Laxor şəhərində qaz oğurluğunda şübhəli bilinənlərə qarşı polis və qaz şirkətinin müştərək reydi zamanı müqavimət göstərənlərlə yanaşı eyni protokola salınmış 30 adamdan birisidir.

Məhkəməyə babası ilə gələn Məhəmməd Musa zaminə buraxılıb.


Sizin Reklam Yeriniz