Günəşdə baş vermiş partlayışın unikal görüntüləri (VİDEO)
NASA Günəşdə baş vermiş partlayışın unikal
görüntülərini yayıb. Movqe.az ans press-ə istinadən bildirir ki,
NASA-nın Günəş Dinamikası Rəsədxanasından əldə edilmiş görüntülərdə
aprelin 2-də Bakı vaxtı ilə saat 21:05-də baş vermiş partlayış və
maqnit qasırğası əks olunub. Günəşdə partlayış nəticəsində ətrafa
yayılan radiasiyanın təsviri NASA-nın "Youtube" video-portalındakı
kanalında izlənmə rekordu qırır.
NASA alimləri sözügedən partlayışı orta səviyyəli və ya M6.5 səviyyəli partlayış kimi təsnif ediblər. M-səviyyəli partlayışın isə X-səviyyəli partlayışlardan 10 dəfə zəif olduğu bildirilir. Buna görə də, NASA alimləri Günəşdə baş vermiş son partlayışdan sonra yaranan radiasiyanın Yer atmosferinə yayılarar insanların sağlamlığı, eləcə də telekommunikasiya sistemləri üçün təhlükə törətmədiyini bildirirlər.