Əlaqə Arxiv
news Image
2014.04.06
23:17
| A A A
ABŞ vətəndaşlarına İraqa səfərlərilə bağlı xəbərdarlıq edib
ABŞ-ın İraqda səfirliyi Amerika vətəndaşlarının İraqa səfərlərinə dair xəbərdarlıq edib.

Movqe.az ans press-ə istinadən xəbər verir ki , səfirliyin açıqladığı xəbərdarlıqda İraqda adam oğurlanması və zorakı terror aktları da daxil olmaqla, təhlükəsizliklə bağlı vəziyyətlə əlaqədar narahatlıq ifadə edilir. Xəbərdalıqda ABŞ səfirliyinin Amerika vətəndaşlarının İraqda qarşılaşa biləcəyi vəziyyətlərdə fəaliyyət imkanlarının məhdud olduğu deyilir.

Səfirlik bu xəbərdarlığı Bağdadın beynəlxalq hava limanının qısa qülləli toplardan atəşə tutulmasından sonra verib.

ABŞ səfirliyi bildirib ki, paytaxt Bağdad da daxil olmaqla, İraqda bütünlüklə təhlükəsizliklə bağlı vəziyyətə görə Amerika vətəndaşlarına məhdud konsul xidmətləri göstərilə bilir.

Amerika vətəndaşlarının Suriya, Türkiyə və İranla sərhəd bölgələrə səfər etməməsilə bağlı xəbərdarlıq edilərək, bu regionların daha təhlükəli və sərhədlərin bəzi hallarda qeyri-müəyyən olduğu bildirilir.


Sizin Reklam Yeriniz