Əlaqə Arxiv
news Image
2014.04.07
12:30
| A A A
Prezidentin otel xərci etiraz yaratdı

ABŞ prezidenti Barak Obamanın 25 martda ziyarət etdiyi Belçikanın paytaxtı Brüsseldəki bir gecəlik otel məsrəfinin 2.9 milyon dollardan çox məbləğə başa gəldiyi deyilib. 


MOvqe.Az MailOnline-a istinadən xəbər verir ki, Obama və qrupu, 24 saatdan az qaldıqları Brüsseldəki oteldə, şampan və spa xidmətlərinin edildiyi 387 otağı kirayəyə götürüb. Luks görünüşündən başqa mənzərəsiylə də çox bəyənilən otelə 1.52 milyon dollar ödəyiş edilib. 


Həmçinin Obama qrupu, limuzini də olduğu 143 kirayəlik vasitə üçün 1.05 milyon dollar xərcləyib.


 Obamanın çox qrupla səyahətə çıxması və luks yer seçməsi etiraz yaradıb. Avropaya altı günlük səfər edən Obama, Brüsseldə Birləşmiş Millətlər Təşkilatı və NATO zirvələrinə qatılmışdı, daha sonra Səudiyyə Ərəbistanına getmişdi.

Sizin Reklam Yeriniz