Əlaqə Arxiv
news Image
2014.04.07
14:01
| A A A
Bakıda fəhlə 13-cü mərtəbədən yıxılaraq ölüb

Yasamal rayonu ərazisində dəhşətli hadisə baş verib

Bakının Yasamal rayonu ərazisində dəhşətli hadisə baş verib. 


Yasamal rayon Polis İdarəsi 29-cu polis bölməsindən anspress-ə verilən məlumata görə, Əsəd Əhmədov küçəsində yeni tikilən hündürmərtəbəli binada işləyən fəhlə ölüb.


Tikinti gedən zaman binada işləyən 1961-ci il təvəllüdlü Əli İsmayılov 13-cü mərtəbədən yıxılıb.


Fəhlə dərhal hadisə yerindəcə keçinib. İlkin ehtimala görə, fəhlə ehtiyatsızlıq nəticəsində yıxılıb.


Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.


Sizin Reklam Yeriniz