Əlaqə Arxiv
news Image
2014.04.07
15:05
| A A A
Prezident Naxçıvanda səfərdədir
Azərbaycan prezidenti İlham Əliyev bu gün Naxçıvan Muxtar Respublikasına səfərə gedib. 

Movqe.az-  AzerTac-a istinadən xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və digər rəsmi şəxslər qarşılayıblar. Dövlət başçısı fəxri qarovul dəstəsinin önündən keçib.  Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikasının rəhbər şəxsləri ilə görüşüb. 

Dövlət başçısı İlham Əliyev Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. 


Sizin Reklam Yeriniz