Əlaqə Arxiv
news Image
2014.04.07
15:30
| A A A
4 yaşlı uşaq kanald boğularaq can verdi
Azərbaycanda 4 yaşlı uşaq su kanalında boğularaq ölüb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində çirkab su kanalında ("Sumqayıt" sularda xilasetmə məntəqəsindən, təxminən, 10 km məsafədə, nəzarət olunmayan ərazidə) uşaq batması barədə məlumat daxil olub.Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər meyidi sudan çıxarıblar. Araşdırmalar zamanı suda batan şəxsin 2009-cu il təvəllüdlü Mahir Eynur oğlu İsmayılov olması məlum olub.M.İsmayılovun cəsədi FHN-in dalğıc-xilasediciləri tərəfindən aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Sizin Reklam Yeriniz