Əlaqə Arxiv
news Image
2012.06.20
17:11
| A A A
Qafqaz Universiteti 15-ci buraxılışını qeyd etdi

Movqe.Az xəbər verir ki, Qafqaz Universiteti  20  illik  fəaliyyəti  dövründə  bu  gün  15-ci  buraxılışını  qeyd  edir. Bu  gün  universitetdə 2012-ci  il məzunlarına həsr olunmuş "İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya" devizi altında təntənəli məzuniyyət gecəsi keçirildi. Məlumat  üçün  bildirək  ki, 1993-cü ildə fəaliyyətə başlayan universitetimiz bu il mühəndislik fakültəsindən 46, iqtisadiyyat və idarəetmə fakültəsindən 135, Pedaqoji fakültəsində 146  və magistratura pilləsində isə 100 tələbə olmaqla  cəmi 427 tələbəsini məzun verir.

Qafqaz  Universitetinin tələbələri  2011/2012-ci  tədris  ilində  bir  çox  nailiyyətlərə  imza  atmışlar. Belə  ki, 29 aprel 2012-ci il tarixində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və  AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə "Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti gününə həsr olunmuş" "Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika olimpiadası"nda tələbələrimiz komanda şəklində  I və III yerləri  tutmuşlar. 5-6 may 2012-ci il tarixlərində Gürcüstan Respublikasının Kutaisi şəhərində təşkil olunmuş "Vekua Kuboku" Proqramlaşdırma üzrə Beynəlxalq proqramlaşdırma müsabiqəsində isə tələbələrimiz II və III dərəcəli diplomlara layiq görülmüşlər.

11-13 may  2012-ci il  tarixlərində Azәrbaycan Respublikası Tәhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkil etdiyi "Ali məktəb tələbələrinin XVII Respublika fənn olimpiadası"nda Qafqaz Universiteti 16 dərəcə alaraq 36 ali təhsil müəssisəsi arasında 2-ci yeri tutmuşdur.

Bu  gün  Qafqaz  Universitetində  keçirilən  "İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya" devizi altında təntənəli məzuniyyət gecəsində  çıxış  edən  rektor  Ahmet  Saniç  bildirdi  ki,  bu  ali  təhsil  ocağı  ümummilli lider Heydər Əliyevin əsəridir. O, uca insan Türkiyə universitet modelini Azərbaycana gətirmək üçün 1993-cü ildə bu universitetin fəaliyyətə başlamasına təkan vermişdir" .Ahmet  Saniç çıxışında  bir dünya universiteti olma yolunda sürətlə inkişaf edən Qafqaz Universitetinin 45 fərqli ölkədə işləyən və təhsil alan gəncləri ilə qürür duyduğunu dilə gətirdi.  Sonra valideyinlərə , müəllim heyətinə,  məzunlara ürək sözlərini bildirən  rektor  dedi: " Əziz valideyinlər ! Minbir  zəhmətlə  böyüdüb yetişdirdiyiniz  və beş   il əvvəl  Qafqaz ailəsinə təslim etdiyiniz  övladlarınız  yüksək bilik bacarıq vətən sevgisi ilə dolu məzunlar  artıq canımız qədər sevdiyimiz,  Azərbaycanımızın keşiyindədirlər. Siz övladlarınızla  fəxr edə bilərsiniz" . Rektor  müəllim heyətinə  müraciətində  bunları dedi :

"Hörmətli – müəllim heyəti! Bugün çəkdiyiniz  zəhmətin bəhrəsi artıq məzun adı alaraq  həyat məktəbinə  yola salırıq . Hədəfinizi bilirəm   bir dünya üniversiteti  olma yolunda sürətlə irəlləyirsiniz.  Qafqaz Universiteti 45 fərqli ölkədə  işləyən  və təhsil alan  gəncləriylə qürur duymaqdadır."

Sevgili məzunlarımız ! Bu gün burada məzun gecəsi keçirməmizin səbəbi sizlərsiniz. Bizlər sizləri sabahlara  hazırlayırıq. Əziz gənçlər! dünya küçüldü, bir kənd  halına  gəldi. Elm  insanın xəyal etdiklərindən də  çox sürətlə irəliləyir. Bu gün dünənin  dünyasında yaşamırıq. Sabah isə  bu günün dünyasında yaşaya bilmərik. Elmi biliklərimizi birləşdirib daha gözəl naliyyətlər əldə edək .O zaman daha savadlı olacağıq. Bu düşüncə ilə  sizi həyat məktəbinə yola salırıq. Yolunuz açıq olsun.

Çağ Öyrətim Şirkətinin prezidenti Ənvər Özərən isə çıxışında universitetdən indiyəcən məzun olmuş gənclərin işlədiyi müəssisələrdən hər zaman gözəl xəbərlər eşitdiyini söyləyərək bu ilki məzunlara ölkəmizin gələcəyi üçün əlindən gələni əsirgəməyən, müasir, bilikli, insanlığa faydalı olmalarını arzu etdi.

Ənənəvi olaraq Qafqaz universitetində bölmə birincilərinə xatirə hədiyyəsi və təşəkkürnamə ,fakultə və universitet birincisinə isə xatirə plaketi verildi. Eyni zamanda 2011-2012 tədris ilində beynəlxalq və respublika olimpiyadalarında fərqlənən tələbələrə xatirə hədiyyəsi verildi. Sonra tədbir bədii hissə  ilə  davam  etdirildi .

Sizin Reklam Yeriniz