Əlaqə Arxiv
news Image
2014.04.08
14:07
| A A A
Təhsil Nazirliyindən neqativ hallarla bağlı açıqlama

Təhsil Nazirliyi bəzi mətbu orqanlarda əksər təhsil şöbələrində baş verən neqativ hallar və korrupsiya faktları ilə bağlı dərc olunan yazılara münasibət bildirib.  Movqe.az-ın xəbərinə görə, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bildirib ki, gün ərzində Təhsil Nazirliyin media monitorinqlərinə daxil olan müraciətlərdə müxtəlif təhsil şöbələri ilə bağlı yazılara, jurnalist araşdırmalarına, eyni zamanda sorğulara rast gəlinir. O deyib ki, dövlət büdcəsindən təhsil bölməsi üzrə ayrılan vəsait rayonların yerli icra hakimiyyətlərinin sərəncamındadır: "Təhsil Nazirliyinin yerli icra hakimiyyəti orqanlarına ayrılan büdcə ilə bağlı sərəncam vermək və ya nəzarət etmək funksiyası yoxdur".

 

Nazirlik rəsmisi son günlər Ukraynada baş verən hadisələrdən sonra orada təhsil alan tələbələrin aqibətinə də aydınlıq gətirib. C. Valehov qeyd edib ki, Ukraynada dövlət proqramı çərçivəsində heç bir gənc təhsil almır. Onun sözlərinə görə, digər yollarla həmin ölkədə təhsil alan azərbaycanlı tələblərlə bağlı isə nazirliyə hər hansı məlumat daxil olmayıb.

Sizin Reklam Yeriniz