Komitədən Bakı kəndlərində erkən nikahla bağlı SOS-Özəl
Aynur Veysəlova: "QMİ-nin nəzarətində olmayan mollalar isə bunu nəzərə almadan molla kəbini kəsir ki, bu da erkən nikah hallarının hələ də qalmasına təsir edir"
"Azərbaycanda erkən nikah halları Bakı kəndlərində daha çox
müşahidə olunur. Paytaxtda erkən nikahlarla bağlı siyahıya Bakı
kəndləri, regionlar üzrə isə Aran istqisadi rayonları başçılıq
edir". Bu sözləri Movqe.az-a
açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin Komitənin İnformasiya və Analitik Araşdırmalar
şöbəsinin məsləhətçisi Aynur Veysəlova söyləyib. A. Veysəlova deyir
ki, Bakıın rayonlarında müasirliyinə görə seçilənləri olsa da,
qədimi, amma mental olmayan adət-ənənələri qoruyub saxlayanları da
var. Erkən nikahların sayında əvvəlki illərlə müqayisədə azalma
olsa da, bu hallara qarşı tam olaraq mübarizə effekt vermir.
A.Veysəlovanın sözlərinə görə, erkən nikahlarının artmasında
mollaların da rolu az deyil. Qafqaz Müsəlmanları İdarəsinin
nəzarətində olan mollalar rəsmi zaqs kağızı olmadan, 18 yaşına
çatmamış molla kəbini kəsmirlər. QMİ-nin nəzarətində olmayan
mollalar isə bunu nəzərə almadan molla kəbini kəsir ki, bu da erkən
nikah hallarının hələ də qalmasına təsir edir.