Əlaqə Arxiv
news Image
2014.04.08
18:54
| A A A
Quduzluqla bağlı şok statistika-Özəl
Yolçu Xanvəli: "9 nümunədən 6-da quduzluq xəstəliyi aşkarlanıb" "Bu ilin 3 ayı ərzində götürülən 9 nümunədən 6-da quduzluq xəstəliyinin daşıyıcı aşkarlanıb".

 

Bunu Movqe.az -a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli söyləyib. Həmin nümunələr ən çox sahibsiz it və çaqqallardan şübhə doğuran heyvanlardan götürülüb.   İri və xırda buynuzlu mal-qara, at, sahibli və qeydiyyatda olan it və pişiklər də nümunə götürülən heyvanlar sırasında olub.9 nümunədə 6-müsbət 3 mənfi olub. 

Qeyd edək ki, son vaxtlar küçə itlərində quduzluq hallarının  müşahidə olunması ilə bağlı şikayətlər artıb. Amma Y. Xanvəli küçə itlərinin vaksinasiya edilmədiyini, sahibli və qeydiyyatda olan itlər arasında vaksinasiyaya tədbirlərinin aparıldığını söyləyib. Onun sözlərinə görə, 250 minə sahibli və qeydiyyatda olan itlər ilin sonunadək quduzluğa qarşı vaksinasiya olunacaq. 

Sizin Reklam Yeriniz