Əlaqə Arxiv
news Image
2014.04.09
11:05
| A A A
Cəbhə yenə atışma səsləri eşidilib

Cəbhə boyu erməni silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Horadiz, Ağdam rayonunun Şuraabad, Baş Qərvənd, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Sizin Reklam Yeriniz