Əlaqə Arxiv
news Image
2014.04.10
16:45
| A A A
1 litri 100 manata satılan dəvə südü min-bir dərdin dərmanıymış

Qobu Dövlət Dəvəçilik Təsərrüfatının direktoru Vaqif Nağıyev Azərbaycanda dəvə südünün bir litrinin 100 manata satılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. V. Nağıyev Azərbaycanda dəvə südünün bu qiymətə satılmasının inandırıcı olmadığını söyləyib: "Azərbaycanda müxtəlif rayonlarda dəvə saxlanılır. Bizim təssərrüfatda 60 başdan çox dəvə var. Amma biz dəvələrin südündən istifadə etmirik. Fond kimi saxlayırıq. Həm də bizim dəvələri sağmaq olmaz. Vəhşi dəvələr südlərini sağmağa qoymurlar. Ev dəvələrindən süd almaq mümkündür. Abşeronda "Yanar dağ" yaxınlığında dəvələr saxlanılır. Amma inanmıram bir litrini 100 manata satsınlar".

V. Nağıyev dəvə südünün bir çox xəstəliklərin dərmanı olması ilə bağlı yayılan məlumatları həkimlərin də təsdiqlədiyini söyləyir: "Həkimlər də ağciyər, şəkər xəstəliyindən əziyyət çəkənlərə dəvə südü məsləhət görür. OLa bilər dəvə iki ildən bir bala verdiyi üçün südü bir az baha qiymətə satılsın. Amma 1 litrinin 100 manat olması inandırıcı deyil"..   

Qeyd edək ki, dəvə südünün həmçinin "dəvə sidiyi" üzərində aparılan elmi tədqiqatlar və eləcədə onların tərkibində insan orqanizmi üçün faydalı olan maddələr olduğu deyilir. Alimlərin,elmi tədqiqatlarına əsasən  dəvə sidiyinin tərkibində orqanizm üçün faydalı olan bir çox maddələr, vardır: Protein, Azot, Almubin, Sidik cövhəri, Kreatin, Sidik turşusu, Kreatinin, Natriy, Kaliy, Kalsiy, Maqniy, Mis, Dəmir və Sink. Dəvə südü ilə yanaşı sidiyi də bir çox xəstəlikləri müalicə etmək mümkündür. Hətta ağır xəstəliklərdən sayılan xərçəngin belə müalicəsində bu iki vasitə böyük bir rol oynayır.Həmçinin,dəvə sidiyi qarın boşluğu xəstəliklərin, astma və təngənəfəsliyin eləcə də,xərcəngin müalicəsi üçün yararlı bir dərman hesab olunur. Dəvə südü ilə, həmçinin güclü alergiyanı da müalicə etmək mümkündür.Güclü qida alergiyasında,dəvə südü,uşaqların immun sistemini bərpa etməyə malikdir. Dəvə sidiyi,xəstələrdə,nəzərə çarpacaq dərəcədə,şəkərin miqdarını aşağı salır. Dəvə südünün tərkibində,mineral və vitaminlərdən başqa,həmçinin antitellərdə vardır ki,bunlarda Hepatit B və C kimi,xəstəliklər ilə,orqanizmin mübarizə aparmasına kömək edir.

Sizin Reklam Yeriniz