Əlaqə Arxiv
news Image
2014.04.10
17:04
| A A A
Dövlət Komitəsindən içindən qurda çıxan sosiska ilə bağlı açıqlama

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Səhliyalı" kiçik müəssisəsinin istehsalı olan sosiskanın içərisində qurd tapılması barədə yayılan xəbəri araşdırıb.  Movqe.az-ın verdiyi məlumata görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib ki, sosial şəbəkələrdə yayılan məlumatlarda ANS-in müxbiri Azər Məmmədov evində "Səhliyalı" kiçik müəssisəsinin istehsalı olan kolbasada qurd tapıldığını bildirib. F.Talıblı deyib ki, A.Məmmədov Dövlət Komitəsinə dəvət edilib və həmin sosiskalar laboratoriyada analiz edilib. Bu zaman üzərində "Səhliyalı" müəssisəsinin nişanı olan sosiska ilə içərisində qurd tapıldığı iddia edilən sosiskanın tamam fərqli tərkibdə olduğu üzə çıxıb: "Birincisi, qurd tapıldığı elan olunan sosiskaların ölçüləri qaynanmamış sosiskadan kiçik idi. Ancaq qaynayan sosiska böyüməlidir. İkincisi, qurd tapıldığı bildirilən sosiska ilə "Səhliyalı" müəssisəsinin nişanı olan sosiskanın tərkibi tam müxtəlif oldu. Üzərində "Səhliyalı" müəssisəsinin nişanı olan sosiskanın tərkibində nişasta daha az çıxdı. Digər tərəfdən, həmin sosiskanın içərisindən çıxan qurd deyil, qara kağız parçasıdır. Kağız parçasını sosiskanın içərisinə yalnız əllə qoymaq olar, "Səhliyalı" müəssisəsində isə istehsal avtomatlaşdırılıb. Bu müəssisənin məhsullarında kağız parçasının ora düşməsi mümkün deyil. Biz laboratoriya analizlərini təqdim etdik. "Səhliyalı" müəssisəsi faktın araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edə bilər".

Sizin Reklam Yeriniz