Əlaqə Arxiv
news Image
2014.04.11
12:17
| A A A
Gəmiqayırma zavodunun maşinisti faciəli şəkildə həyatını itirdi

Ötən gün saat 19 radələrində Bakının Qaradağ rayonu ərazisində Gəmiqayırma zavodunda bədbəxt hadisə baş verib. 


Su Nəqliyyatında Polis İdarəsindən Anspress-ə verilən məlumata görə, Sahil qəsəbəsi ərazisində Xəzər Dəniz Neft Donanmasının gəmisində maşinist işləyən 1964-cü il təvəllüdlü Mais Qasım oğlu Kazımov bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.


Mais Kazımov bir gəmidən digər gəmiyə keçərkən yıxılıb. O, hadisə yerindəcə dünyasını dəyişib.


Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Sizin Reklam Yeriniz