Əlaqə Arxiv
news Image
2014.04.12
15:05
| A A A
Hacı Allahşükür Paşazadənin şimal bölgəsinə səfəri başladı
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin Azərbaycanın şimal bölgələrinə səfəri başlayıb. 

Movqe.az ans press-ə istinadən xəbər verir ki, Allahşükür Paşazadə Heydər Əliyev Mərkəzində olub və burada Heydər Əliyevin abidəsi önünə gül qoyub. Mərkəzdə dini icmaların nümayəndələri ilə görüş keçirilib və onlara dini ədəbiyyatlar paylanılıb.

Allahşükür Paşazadə bildirib ki, Şabrana səfər etməyinin əsas məqsədi buradakı dini vəziyyəti öyrənməklə bağlıdır. Şeyx söyləyib ki, QMİ burada yaşayan əhalinin və dindarların dini durumlarını öyrənib nəticə çıxaracaq və ehtiyac olduğu təqdirdə insanlara bütün köməkliklər göstəriləcək. Şeyx həmçinin din-dövlət münasibətlərindən danışıb. O bildirib ki, dövlətçiliyimizə zidd olan radikal dini meyllərin zərərsizləşdirilməsində hamının birgə olmağının vacibdir. Din-dövlət məsələlərində xüsusən radikallara qarşı hamı bir olmalıdır". 

Qeyd edək ki, Allahşükür Paşazadə daha sonra Şabranda Xızır Nəbi məscidində olacaq. Şeyx həmçinin Siyəzənə də səfər edəcək.
Sizin Reklam Yeriniz