Əlaqə Arxiv
news Image
2014.04.12
16:00
| A A A
Sabahın hava proqnozu
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Axşam bəzi yerlərdə yağış yağacağı, gecəyə doğru şimşək çaxacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ans press-ə verilən məlumata görə, gündüz mülayim cənub küləyi əsəcək. 

Havanın temperaturunun gecə 6-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 13-də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-12, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
Sizin Reklam Yeriniz