Əlaqə Arxiv
news Image
2014.04.12
16:09
| A A A
Luqansk və Donetskdə gərgin anlar yaşanır
Ukraynanın şərqində yerləşən Luqansk şəhərində Dövlət Təhlükəsizlik Xidmətinin binasının Rusiya-yönümlü nümayişçilər tərəfindən ələ keçirilməsi bu gün də davam edib. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidmətinin binası çərşənbə axşamı Luqansk və Donetskdə ələ keçirilən bir neçə hökumət binasından biridir. Binaya nəzarəti əldə saxlayan nümayişçilər Ukraynanın şərqində referendumun keçirilməsini tələb edirlər.

Analoji aksiya Donetsk vilayətində də davam edir. Aksiya iştirakçıları barrikadalar quraraq, avtomobillərin hərəkətinə mane olurlar. Burada da Kreml tərəfdarları Donetskin Ukraynanın tərkibindən çıxmasına şərait yaradacaq referendumun keçirilməsini tələb edirlər. 

Donetskdə etiraz aksiyasının istinadgahı şəhərin mərkəzində yerləşən 11-mərtəbəli hökumət binasıdır. Etirazçılar təhlükəsizlik qüvvələri əməkdaşlarının hərəkətini məhdudlaşdırmaq üçün regional inzibati binalara aparan yolları qum kisələri, kərpiclər və tikanlı məftillərlə əhatə ediblər.
Sizin Reklam Yeriniz