Əlaqə Arxiv
news Image
2014.04.13
17:07
| A A A
Xakasiya torpaq iddiasına görə üzr istədi

Rusiyanın Xakasiya Respublikası parlamentinin spikeri Vladimir Ştıqaşev torpaq iddiaları ilə bağlı səsləndirdiyi fikirlərə görə Qazaxıstandan üzr istəyib.

 

Movqe.az Axar.az-a istinadən xəbər verir ki, Ştıqaşev baş verənlərdə media nümayəndələrini təqsirli bilib. Onun yaydığı bəyanatda aşağıdakı sözlər yer alıb:

 

"Fikrimin təhrif olunması və çoxmənalı alınması səbəbindən dərin təəssüf edirəm. Media nümayəndələri məsələyə münasibətimi interpretasiya edib. Mən çoxmillətli uşaq evində böyümüşəm. Bu, müharibədən sonrakı illərə təsadüf edir. Həmin dövrdən etibarən başqa xalqların təmsilçiləri ilə dostluğum hələ də davam edir. Ümumi dil tapmaqla bir-birimizin adət ənənəsini öyrənirdik. Sadəcə, mən Rusiya, daha sonra isə SSRİ sərhədlərinin belə dəyişməsinə təəssüflə fikrimi bildirmişəm. Ancaq heç bir dövlətə, o cümlədən də Qazaxıstana qarşı torpaq iddiası ilə çıxış etməmişəm. Onlar bizim müttəfiq və qonşularımızdır. Təəssüf ki, fikirlərim yanlış istiqamətə yozulub. Əgər mən sözlərimlə kimlərinsə heysiyyətinə toxunmuşamsa, üzr istəyirəm".

 

Xatırladaq ki, iki gün öncə Ştıqaşev Qazaxıstana qarşı topaq iddiası ilə çıxış etmişdi.

Sizin Reklam Yeriniz