Əlaqə Arxiv
news Image
2014.04.13
17:08
| A A A
Şəmkirdə iki yol terroru: ölən və yaralananlar var

Şəmkirdə iki yol nəqliyyat qəzası baş verib.

 

Movqe.az APA-ya istinadən xəbər verir ki, hadisələrdən biri Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Zəyəm qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

 

"Opel" markalı avtomobilin yolun kənarında dayanan "KamAZ" markalı avtomobilə çırpılması nəticəsində minik avtomobilində olan sərnişin hadisə yerində dünyasını dəyişib, sürücü Şahmar Mahmudov isə müxtəlif bədən xəsarətləri alaraq, Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, hadisəyə "Opel"in sürücüsünün sükan arxasına yuxulaması səbəb olub.

 

Digər hadisə isə Bakı-Qazax magistral yolunun Şəmkir rayonu hissəsində baş verib.

 

"Niva" markalı avtomobillə "QAZ-24" markalı avtomobilin toqquşması nəticəsində hər iki avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Hər iki fakt üzrə Baş Dövlət Yol polisi İdarəsində araşdırma aparılır.

Sizin Reklam Yeriniz