Əlaqə Arxiv
news Image
2014.04.13
19:00
| A A A
Çeçen desantıları Şimal Qütbünə yerləşdirildi

Şimal Qütbündə Çeçen Respublikasının bayrağı dalğalanmağa başlayıb.

                       

Movqe.az axar.az-a istinadən xəbər verir ki, bayraq Çeçenistan qəhrəmanlarının şərəfinə ucaldılıb.

                       

Qeyd edək ki, sözügedən xəbəri Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov sosial şəbəkədə paylaşıb. Onun fikirlərində deyilir:

 

"Mən bu tarixi günlə əlaqədar sizin hər birinizi təbrik edirəm. Şəxsi göstərişimlə köməkçim Danil Martınovu Şimal Qütbünə göndərdim. Onun qarşısında iki məsələ qoyulub. Onlardan biri Əhməd Hacı Kadırovun və Çeçenistan qəhrəmanlarının şərəfinə bayraq ucaldılmasıdır. İkinci tapşırığım isə qütbdə çeçen və rus xüsusi təyinatlılarının birgə təlimlərini keçirməkdir. Hər iki tapşırığım yerinə yetirilib. Bu barədə Martınov mənə telefonla hesabat verdi".

 

Kadırov əlavə edib ki, yaxın vaxtlarda çeçen desantı və instruktorları qütbdə geniş təlimlərə start verəcəklər. Onlar Arktikanın sərt iqlimində 50 km məsafəni qət etməli olacaqlar.


Sizin Reklam Yeriniz