Əlaqə Arxiv
news Image
2014.04.15
12:01
| A A A
Daha bir yol bağlandı

 Bakı şəhərinin Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti müəyyən müddətə məhdudlaşdırılacaq. Bu barədə Movqe.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.  "Azəryolservis" ASC-dən bildiriblər ki, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Heydər Əliyev prospekti - kənar yolda (şəhər istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - əsas yoldan istifadə etmələri tövsiyə olunur.  

Rənglənmə işləri təxminən saat 04:00-a qədər davam edəcək.

Sizin Reklam Yeriniz