Əlaqə Arxiv
news Image
2014.04.15
12:33
| A A A
Xırdalanda dairəsində dəhşətli qəza-Avtomobil işıq dirəyini yerindən çıxarıb sürüdü-Foto+Video
Ötən gün Bakı Rusiya yolunun Xırdalan dairəsində dəhşətli yol qəza hadisəsi baş verib. Sumqayıt istiqamətindən Bakıya yüksək sürətlə hərəkət edən Mercedes markalı avtomobil  Xırdalan məzarlığının yaxınlığında yol kənarındakı işıq dirəyinə çırpılaraq dirəyi yerindən çıxarıb. Hadisə yerində olan şahidlərin Movqe.az-a verdikləri məlumata görə, avtomobil yüksək sürətlə hərəkət etdiyindən, işıq dirəyinə çırpıldıqdan sonra dirəyi yerindən çıxardaraq bir neçə metr qabağa sürüyüb. Ən maraqlısı isə bu dəhşətli qəzadan sürücünün sağ çıxması olub. Hadisənin şahidləri sürücünün xəsarət belə almadığını söyləyiblər. Movqe.az həmin qəzadan həmin videogörüntünü təqdim edir. 






Sizin Reklam Yeriniz