Əlaqə Arxiv
news Image
2014.04.15
23:22
| A A A
Azərbaycanda havanın temperaturu 25 dərəcəyə yüksələcək
Sabah Azərbaycan ərazisində havanın temperaturu 25 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, aprelin 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-10, gündüz 18-23 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində aprelin 16-da hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 7-12, gündüz 21-25, dağlıq ərazilərdə gecə 2-7, gündüz 11-16 dərəcə isti təşkil edəcək.
Sizin Reklam Yeriniz